Totti məşqçilik kurslarına başladı

29 Avqust 2017 14:33 (UTC+04:00)

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti məşqçi olmağa hazırlaşır.  40 yaşlı keçmiş hücumçu Triqoriidə məşqçilik kurslarına başlayıb.

Qeyd edək ki, F.Totti 1992-ci ildən "Roma"da çıxış edirdi. O, İtaliya klubunda 619 matçda 250 qol vurub. F.Totti ötən mövsümün sonu futbolçu karyerasını başa vurub. Qol.az