Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq

28 Avqust 2017 12:15 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.  Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan bildirib ki, görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkilat edir. Apa.az "news.am"a istinadən xəbər verir.