Məscidə silahlı hücum

12 Avqust 2017 20:21 (UTC+04:00)

Əfqanıstanın Takhar şəhərindəki məscidlərdən birində insanların ibadət etdiyi zaman naməlum şəxslər tərəfindən atəş açılıb. "Olaylar" Türk mediasına istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.