23 illik eşq  bitdi SƏBƏB?

12 Avqust 2017 20:04 (UTC+04:00)

Məşhur türkiyəli müğənni Candan Erçetin və onun həyatı yoldaşı, rejissor Hakan Karahan 23 illik evliliklərini bitirməyə qərar veriblər. "Olaylar" bildirir ki, cütlüyün münasibətlərinin bitmə səbəbi xəyanətdir. Şəxsi həyatlarını hər zaman gözlərdən uzaq yaşamağı üstün tutan cütlük iki ay öncə səssiz-sədasız şəkildə ayrılıb.

Məlumata görə, Hakan Karahan ayrılıqdan dərhal sonra həyat yoldaşına xəyanət etdiyi Elif Kıramera adlı qadınla münasibətə başlayıb.

Məsələ ilə bağlı açıqlama verən Elif Kıramer isə münasibətləri haqqında bunları deyib:

"Hakan mənim dostumdur. Hazırda görüşürük. Bundan sonra da görüşməyə davam edəcəyik. İkimiz haqqında hər hansı bir şey demək istəmirəm".