Pərəstişkarı xalq artistinin konsertində ətəyini qaldırdı

12 Avqust 2017 19:50 (UTC+04:00)

Pərəstişkarı Anapa konserti zamanı xalq artisti Filipp Kirkorovu təəccübləndirib. Xanım tamaşaçı səhnəyə çıxaraq açıq-saçıq rəqs nümayiş etdirib. Ətəyini qaldıraraq oynayan qadının alt paltarı görünüb. 

Kirkorov həmin an çəkilən videonu İnstaqram hesabında paylaşıb və "O, hamını heyrətləndirdi, əyləndirdi... Anapanın şahzadəsi" şərhini yazıb. Bir neçə dəqiqə içərisində videoya 120 mindən çox adam baxıb. 

Sosial şəbəkə izləyiciləri qadının bu hərəkətini tənqid ediblər. 

Filipp üçün rəqs edən qadının adının Lyudmila olduğu deyilib. O, müğənninin Anapadakı bütün konsertlərinə yollanır. Özü də hər dəfə eyni yerə bilet alır.  Axşam.az