Avtomobil qaçıran 2 şəxs saxlanıb

11 Avqust 2017 15:56 (UTC+04:00)

İyunun 24-də Bakı şəhər sakini Şaiq Alıyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən paytaxt sakini Aleksey Litvinenko tutulub. Bundan başqa, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini Elmar Ocaqquliyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aslan Əliyev tutulub.