Soyğunçular ələ keçdilər

11 Avqust 2017 15:23 (UTC+04:00)

Bakı şəhər sakininə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İlqar Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Ruslan Məhərrəmov və Yevlax rayon sakini Elxan Zeynalov tutulublar.