Türkiyə İraqın şimalını bombalayır

31 İyul 2017 11:07 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunur. Baş Qərargahın verdiyi məlumata görə, Türkiyə təyyarələri 2 PKK məntəqəsini dağıdıb, eləcə də hücum nəticəsində 3 terrorçu məhv edilib. Son məlumata görə, hazırda əməliyyat davam edir. Trend.az