İki qadın yük maşınının altında qaldı - Qubada

29 İyul 2017 14:48 (UTC+04:00)

Quba rayonunda iki qadın yük maşınının altında qalıb. İyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi "KAMaz" markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gələrək kənd sakinləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı əzib. Nəticədə B. Atluxanova hadisə yerində ölüb, S. Tahirova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.