"Qalatasaray" daha bir braziliyalı müdafiəçi transfer etdi

17 İyul 2017 17:51 (UTC+04:00)

"Qalatasaray" müdafiə xəttini gücləndirib. "Cim bom" "Sevilla"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb. Onun illik məvacibi 2.3 milyon avro təşkil edəcək. "Qalatasaray" Çempionlar Liqasında vəsiqə qazansa, 250 min, Marionun 40-cı oyununa görə də 250 min avro bonus kimi "Sevilla"nın büdcəsinə köçürüləcək. "Sarı qırmızılar" Türkiyə Superliqası və Avropa kuboklarında "sambaçı"nın meydana çıxdığı qarşılaşmalarda qazanılan hər xala görə 5 min avro bonus da ödəyəcək.  Goal.az