Deputat: “Biz ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılmasında maraqlıyıq”

17 İyul 2017 17:25 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasına çalışır. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü haqqında proqnozlarını bildirərkən deyib. O qeyd edib ki, prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin daha dəqiq, obyektiv və substantiv keçməsinin tərəfdarıdır: "Xarici işlər nazirləri səviyyəsində və həmsədrlər tərəfindən bu məsələ üzərində iş aparılır. Hər birimiz maraqlıyıq ki, ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılsın". 

Deputat bildirib ki, biz işğalçı qüvvələrin torpaqlarımızdan çıxmasını gözləyirik: "Yəqin ki, yaxın zamanlarda hər hansısa dəyişikliyi görə biləcəyik". Azadinform.az