Rusiyada Azərbaycan vətəndaşı sui-qəsd cəhdində ittiham edilir

17 İyul 2017 16:06 (UTC+04:00)

Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib. Bu barədə Rusiya mətbuatı xəbər verir. Təqsirləndirilən şəxs 2013-ci ildə miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Rusiyadan çıxarılıb və 2018-ci ilin dekabr ayına qədər Rusiya ərazisinə girişin qadağan olunması barədə məlumatlandırılıb. Vətənində olarkən, o, soyadı və atasının adını dəyişərək yeni milli pasport alıb, bundan sonra 2016-ci ilin iyununda Moskva vilayətindəki "Şeremetyevo" hava limanı vasitəsilə Rusiya ərazisinə qanunsuz daxil olub.

Bundan əlavə, 2016-cu ilin dekabrında Arxangelskdə mübahisə zamanı təqsirləndirilən şəxs qətl məqsədilə tanışın qarın nahiyəsinə bıçaq zərbələri endirib, nəticədə həmin şəxsin sağlamlığına ağır zərər yetirib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Virtualaz