1 nəfər Xəzərdə batdı

2 İyul 2017 11:18 (UTC+04:00)

Xızı rayonunun Şurabad qəsəbəsində dənizdə 1 nəfər batıb.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək. Publika.az