“YouTube”da canlı yayımdan hamı yararlana biləcək

19 May 2017 20:01 (UTC+04:00)

Populyar "YouTube" videoservisi videobloger, onların abunəçiləri və tamaşaçılara hədiyyə edərək qeydiyyatdan keçmiş bütün iştirakçılar və digər kontent yaradıcıları üçün onlyan translyasiyalar aparmağa şərait yaradıb. Canlı yayım funksiyası istifadəyə verildikdən sonra ondan yalnız 10 mindən çox abunəçiyə malik blogerlər yararlanıb. Apreldə məhdudiyyət min abunəçiyədək azaldılıb, indi isə tamamilə aradan qaldırılıb.

Məlumata görə, translyasiyaya başlamaq üçün ətraflı təlimat servisin texniki dəstək səhifəsində yerləşdirilib. Həmçinin, əlavədə mobil qurğudan translyasiya etmək imkanı nəzərdə tutulub. Birbaşa efiri işə salmaq üçün "GoLive" videoyazı düyməsini basaraq efirə başlamaq olar. Kanalda videoyazı başa çatdıqdan sonra avtomatik saxlanılır. Ondan istifadəni həm məhdudlaşdırmaq, həm də tam silmək mümkündür.

Yeganə məhdudiyyət kimi kanalın son 90 gün ərzində bloklanması imkanının olmaması qeyd edilir. "ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən xəbər verir.