Trampın mətbuat konfransı kompromatla bağlı bəyanatlarla başlayıb

11 Yanvar 2017 22:09 (UTC+04:00)

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi mətbuat konfransı ona qarşı səsləndirilən kompromatdan başlayıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.
 
Tramp yayılan xəbərləri cəfəngiyyat adlandıraraq, adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.
 
Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib.