Orta məktəb şagirdləri Aqrar Unuversitetdə

11 Yanvar 2017 19:08 (UTC+04:00)

Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında Azərbaycan Dövlət Aqrar Universitetinə ekskursiyalarının təşkilinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Şagirdlər universitetin yeni tələbə yataqxanası, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanaları, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxanası, idman zalları və digər obyektləri ilə yaxından tanış olur, tələbələrin yazılı, şifahi və kompyuter vasitəsilə qəbul olunan imtahan proseslərini müşahidə edirlər. Məlumatda o da bildirilib ki, orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti olduqca böyükdür.