Binəqədi sakinləri tərəfindən 322 müraciət daxil olub

11 Yanvar 2017 19:07 (UTC+04:00)

2016-cı ilin dekabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 322 müraciət (ötən ayla müqayisədə 18 müraciət çox) daxil olub. "OLAYLAR"-ın xəbərinə görə, hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 245-i ərizə və 77-si şikayət xarakterli olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 88, Milli Məclisdən 2, Nazirlər Kabinetindən 15 və digər qurumlardan 40 müraciət daxil olub. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı ilin dekabr ayı ərzində 572 vətəndaş qəbul edilib. O cümlədən, RİH başçısı tərəfindən 29 vətəndaş qəbul olunub.