İdmançılarımız Xorvatiyada beynəlxalq turnirə yollanıb

11 Yanvar 2017 19:02 (UTC+04:00)

Xorvatiyanın Samobor şəhərində 26-cı Xorvatiya Qran Prisində 27 idmançımız iştirak edəcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 13-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət komandanın böyük məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 16 idmançını sınaqdan keçirməyi qərara alıb. Kata yarışlarında milli komandanın böyük məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov və onun köməkçisi, əməkdar məşqçi Vüqar Kərimov isə kataçılardan Ceyhun İsmayılovla Emiliya Mitilimovanı 14-15 yaşlılar arasında, İbrahim Ağəlini 16-17 yaşlılarda, Həsən Rüstəmovu 18-20 yaşlılarda, Sahib Əhədovu yuxarı yaşlı fiziki qüsurlu idmançıların mübariəsində yoxlayacaq. Beynəlxalq hakim Vüqar Kərimovdan başqa, milli dərəcəli hakim Cavid Rəfiyev də təcrübəsini artırmaq üçün yarışı idarə edənlər arasında olacaq. İdmançılarımız ənənəvi Xorvatiya Qran Prisindən Bakıya ayın 16-da dönəcəklər.