Yanlışlıqla 217 dollara satılan NASA görüntüləri rekord qiymətə hərraca çıxarılacaq

Aya ayaq basılmasının 50-ci il dönümü - 20 iyulda, bu tarixi anın video görüntüləri 700 min dollardadan başlayaraq açıq hərraca çıxarılacaq.
 

Olaylar.az xəbər verir ki, 2.5 saatlıq görüntülərin yer aldığı 3 kasetin 2 milyon dollara satıla biləcəyi deyilir. Kastelərdə olan görüntülərdə astronavt Neil Armstronqun Aya ilk enişi və ABŞ-ın o dönəmdə olan prezidenti Riçard Niksonun danışığı yer alıb.
Qeyd edək ki, adıçəkilən hər 3 kaset 1976-cı ildə yanlışlıqla hərraca çıxarılmış 65 kasetlə birlikdə NASA-nın işçisi olmuş Qari Corc tətəfindən 217 dollar 77 sentə alınıb.
Xatırladaq ki, 16 iyun 1969-cu ildə Aya enən ilk kosmik gəmi olan "Apollon 11"də astronavt Neil Armstronq, Edvin Aldrin və Maykl Collins var idi. "Apollon 11"in 20 iyunda ayın orbitinə girməsindən sonra isə Neil Armstronq Aya ilk ayaq basan insan olub.

yeniavaz

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR