Türkiyə və ABŞ arasında viza problemi həll olunub

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Apa.az "Hürriyet" qəzetinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR