PKK Rusiya ilə əməkdaşlıq edəcək

Rus generallarrı YPG sözçüsü (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Nuri Mahmud və təşkilatın Deyrizordakı üzvləri ilə bir araya gəlib. Suriyaya gedən rus generalları terrorçularla görüşərək İŞİD-ə qarşı mübarizə mövzusunu müzakirə ediblər.

Terror təşkilatının görüş haqqında yayımladığı xəbərlərə əsasən, PKK-nın İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edəcəyi qeyd olunur. Həmin görüşün tam olaraq hansı məqsədlə planlaşdırıldığı və orada hansı mövzuların müzakirə edildiyi naməlum olaraq qalır. İŞİD bəhanəsi irəli atılan məsələdə rəsmi Moskvanın PKK ilə hansı alış-verişi etdiyi hələlik bilinmir. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR