Azərbaycanın tərəqqisi növbəti 100 ildə daha da inkişaf edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida - Respublikaçı) Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış etmişdir.

Konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulamışdır.

Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilmişdir. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilmişdir. Azərbaycanın günbəgün müdafiə, əkskəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahəsində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılmışdır.

Konqresmen Gaetz çıxışın sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Çıxışın video yazısı ilə https://www.c-span.org/video/?c4734527/congressman-matt-gaetz-100-year-anniversary-republic-azerbaijan internet səhifəsində tanış olmaq mümkündür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR