Oklahoma ştatında Azərbaycan Günü 

Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalamışdır.

Olaylar.az bildirir ki, bəyannamədə 1917-ci il Rus inqlabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Demokratik Respublikasını qurduğu bildirilir.

Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Bu dövrdə Azərbaycan qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra inzibati dəyişikliklər etdiyini və Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunur.

Azərbaycan 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilmiş və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanmışdır.

Sənəddə 2001-ci il 11 sentyabr tarixindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanmışdır. Həmçinin Azərbaycan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbbi qaz və kənd təsərrüfatı sahəsində tərəfdaşı olaraq vurğulanır.

2018-ci ildə Azərbaycan və Oklahoma ştatı arasında Dövlət Tərəfdaşlıq Proqramının 15-ci ildönümünün, eləcə də Milli Mühafizə üzrə Dövlət Tərəfdaşlıq Proqramının 25-ci ildönümünün qeyd olunduğu bildirilir.

Sonda qubernator Fallin Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar olaraq Oklahoma ştatında Azərbaycan Milli Günü elan edir.

Qeyd edək ki, bəyannamə 5 iyun tarixində ABŞ paytaxtı Vaşinqton şəhərində yerləşən "Endryu Melon Auditorium"da 100 illik yubiley münasibətilə keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR