Azərbaycan musiqisi və rəqsləri Vaşinqtonun mərkəzində səsləndi

ABŞ-da səfərdə olan Azərbaycanın Ritm Rəqs Qrupunun üzvləri cari ilin 7 iyun tarixində ABŞ prezidentinin iqamətgahı olan Ağ Evin yaxınlığında, ABŞ-ın ən məşhur məkanlarından olan "Pennsylvania Avenue-da" yerləşən əzəmətli Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi və ilə bu kompleksin tərkib hissəsi olan Vudrou Uilson Plazada konsert proqramı ilə çıxış ediblər. Ritm Rəqs Qrupu Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəvəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində keçirilən təntənəli tədbirdə çıxış etmək üçün Vaşinqtona səfər edib.

Olaylar.az bildirir ki, öncə Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzinin rəsmisi Alison Makkiten bu il Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin keçirilməsi münasibəti ilə ölkəmizi təbrik edib və bu qəbildən keçirilən tədbirlər çərçivəsində Azərbaycan Ritm Rəqs Qrupunun Uilson Plazadakı çıxışını açıq elan edib. İctimaiyyətə açıq olan konsert proqramı zamanı Ronald Reaqan binasının heyəti, buraya axın edən turistlər və şəhərin digər sakinləri ayaq saxlayaraq böyük maraqla Azərbaycan musiqisinin incəliklərindən zövq alıb. Belə ki, Ritm Rəqs Qrupu tərəfindən Azərbaycanın milli zərb və nəfəs alətləri ilə ifa olunan musiqi əcnəbiləri özünə cəlb edib və sürəkli alqışlar ilə qarşılanıb. Bir saat davam edən konsert proqramı çərçivəsində Azərbaycanın xalq mahnıları, o cümlədən "Sarı Gəlin" musiqisi ifa olunub. Musiqiçilər, həmçinin ölkəmizin milli rəqslərini ifa edib və tamaşaçıları səhnəyə dəvət edərək onlarla birlikdə Yallı rəqsini ifa edib.

Ritm Rəqs Qrupu, həmçinin 5 iyun tarixində ABŞ-ın əsas tədbirlərinin keçirildiyi Endryu Melon Auditoriyasında 1000 nəfərədək qonağın qatıldığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirdə uğurla çıxış etmişdir. Gənc musiqiçilər 6 iyun tarixində Ağ Evin qarşısında qeyri rəsmi şəkildə ölkəmizin milli çalğı aləti nağara ilə Azərbaycan musiqisini ifa etmişlər.

Xatırladaq ki, ABŞ-ın kemiş prezidenti Ronald Reyqanın adını daşıyan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ABŞ-ın İnkişaf Agentliyi, Gömrük və Sərhəd Mühafizəsi Xidməti və Elm xadimləri üçün Beynəlxalq Vudrou Uilson Mərkəzi yerləşir. Bu bina, həmçinin ABŞ-ın əsas sosil, iqtisadi və mədəni tədbirlərinə ev sahibliyi edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR