Dünyanın tanınmış universitetlərinin birində Azərbaycan haqqında təqdimat

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə Meksikadakı Səfirliyimiz tərəfindən ölkəmiz barədə təqdimat keçirilib.

Olaylar.az bildirir ki, 1551-ci ildə yaradılmış UNAM dünyanın yüz ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxildir və eyni zamanda Latın Amerikasının ən yaxşı Universiteti hesab edilir. UNAM dünyada ən böyük hesab edilən kampusa malikdir və onun binası YUNESKO-nun Ümumdünya İrsi obyektləri siyahısına daxildir.

Tədbir zamanı Meksikadakı Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqlara ölkəmizin tarixi və mədəniyyəti barədə geniş məlumat verdi. Dünya tarixində Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin bu il Azərbaycan xalqı tərəfindən təntənəli şəkildə qeyd edildiyini və 2018 ilin ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ili elan edildiyini qonaqların diqqətinə çatdırdı.

O, Azərbaycan xalqının hələ yüz il öncə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək bütün vətəndaşları, o cümlədən qadınların, bərabər hüquqları təmin edilən müstəqil, demokratik və dünyəvi dövlət qurduğunu bildirdi. Diplomat ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə, xarici təcavüz, əhalisinin Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına baxmayaraq bütün sahələrdə əldə etdiyi sürətli inkişafı barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu, regionun liderinə çevrildiyini vurğulayıb. Bildirib ki, bunlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və ardıcıl siyasəti nəticəsində nail olmaq mümkün olub.

Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin uğurla həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi barədə danışıb, onların region ölkələrinin rifahı, Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə danışıb, regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyini söyləyib.

Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlər arası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib.

Son zamanlar Azərbaycanın turistlər üçün daha da cəlbedici olduğunu, burada müxtəlif dünya miqyaslı tədbirlərin böyük uğurla keçirildiyini bildirib, Bakı şəhərinin hazırda EXPO 2025 keçirilməsi namizədləri sırasında olduğu vurğulayıb. Bundan əlavə Meksikadakı nümayəndəmiz, ölkədə turist infrastrukturunun sürətlə inkişaf etdiyi, həmçinin ASAN Viza sistemindən danışıb.

Ölkəmiz barədə məlumatı böyük maraqla qarşılayan tələbələrin çoxsaylı suallarını cavablandıraraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları və s. barədə qonaqlara geniş məlumat verilib.

Ölkəmiz barədə video materiallar nümayiş etdirilib, müxtəlif çap materialları paylanıldı.

Bundan sonra qonaqlar ənənəvi çay süfrəsinə dəvət edilib, onlara milli şirniyyatlarımız təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR