ABŞ Helsinki Komissiyasının sədri senatoru Azərbaycanı təbrik etdi

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri senator Rocer Uiker Azərbaycanın milli bayramı - 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Olaylar.az bildirir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, 1920-ci ildə bolşeviklərin ölkəyə müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının çökməsi ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu vurğulanıb.

Həmçinin Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu, 2002-ci ildən Azərbaycan qoşunlarının Əfqanıstanda xidmət göstərdiyi, ABŞ-a və NATO tərəfdaşlarına yadım göstərdiyi qeyd olunub. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanıb.

Daha sonra bəyanatda ABŞ-ın güclü müttəfiqi olan İsraillə 25 ildən artıqdır diplomatik əlaqələri qoruyan və yəhudi icması ilə olduqca yaxşı münasibətlərə malik müsəlman ölkəsi olan dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu vurğulanıb.

Bundan əlavə, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynayacağı və həmin qitənin Rusiya qazından asılılığını azaldacağı qeyd olunub.

Sonda isə senator Azərbycan Respublikasına və xalqına öz səmimi təbriklərini çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR