ABŞ Konqresində Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz  Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar bəyanatla çıxış etdib.

Olaylar.az bildirirr ki, konqresmen bəyanatda ilk öncə, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırır. Seçkilər vasitəsilə müəyyən edilən dünyəvi hökumətə sahiblənmiş ilk müsəlman çoxluğa malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahata və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən dövlətlər üçün daim nümunə olacaqı bəyanatda vurğulanır. Mark Midouz həmçinin, Şimali Karolina əhalisi adından Azərbaycan icmasının həmin ştatda töhfəsini yüksək qiymətləndirir. Mühüm tarixi mərhələlərdən olan 1918-ci il istiqlal bəyannaməsindən sonra, Bolşevik işğalının Azərbaycanın müstəqilliyinə qısa zamanda son qoyduğu bəyanatda bildirilir. 

Bəyanatda həmçinin, Azərbaycanın terrora qarşı qlobal mübarizədə ən mühüm və əvəzolunmaz müttəfiq, eləcə də ABŞ-la nümunəvi tərəfdaş olduğu diqqətə çatdırılır. Xəzər dənizi bölgəsində və ondan kənar tərəqqinin əldə olunması, ticarət, habelə yaxşı demokratik idarəçilik sahəsində ABŞ və Azərbaycan öhdəliklərinin tamlıqla reallaşdırılması da daxil olmaqla, ikitərəfli əməkdaşlığın dərinləşməsinin səbrsizliklə gözlədiyi konqresmen Midouz tərəfindən vurğulanır. Rusiya və İranla sərhədə malik ölkə kimi Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında üzvlüyünün xüsusilə vacib olduğu bəyanatda bildirilir. Azərbaycanın ABŞ əməliyyatlarının təchizatı üçün ən mühüm nəqliyyat marşrutu kimi formalaşdığı, habelə Azərbaycanın ABŞ-ın Əfqanıstandakı missiyası üçün qüvvələr təmin etməsi və NATO təyyarələrinin hava məkanından istifadə etməsinə icazə verməsi təqdir olunur.

Bəytanatın sonunda qeyd edilir ki, xüsusilə Amerika ilə yaxın əməkdaşlığın dəyərli və nadir olduğu bölgədə yerləşən müttəfiqlərimizin tarixi dövrlərinin Konqres tərəfindən tanınması olduqca vacibdir. Bununla əlaqədar, Azərbaycanın müstəqilliyinin yüz illiyinin tanındığı və bu münasibətlə təbriklərin çatdırıldığı bəyan edilir.

Bəyanatın ingilis dilindəki mətni ilə https://www.congress.gov/crec/2018/06/01/CREC-2018-06-01.pdf səhifəsində tanış olmaq mümkündür.

Qeyd etmək istərdik ki, sözügedən bəyanat cari ildə Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı ABŞ Konqresində verilmiş sayca beşinci bəyanatdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR