"Heç kəs Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz"

"AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. Bizim buna münasibətimiz mənfi olmuşdu. Həmin qrup hesabatını açıqladı, orada olanların 99 faizi Azərbaycanla bağlı idi. Orada gedən proseslər şəffaf deyil".

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin qurumda Ermənistana münasibət fərqlidir: "Necə olur ki, Ermənistandakı keçmiş rejimlə bağlı müsbət fikir ifadə edirdilər. Amma Ermənistan xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Avropa Şurasının içində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər".

S.Seyidov qeyd edib ki, heç kəs Azərbaycanı həmin qurumdan uzaqlaşdıra bilməz: "Qəbul olunmuş sanksiya bizə məhdudiyyət qoya bilməz. Yəni, bu sanksiya Dağlıq Qarabağ probleminin orada qaldırılmasına əngəl ola bilməz". 

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR