Şimali Karolina qubernatoru Azərbaycanı təbrik etdi

Şimali Karolina ştatının qubernatoru Roy Kuper (Roy Cooper) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar bunun xüsusi bir hadisə olduğunu vurğulayaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümünü təbrik edir.

Olaylar.az bildirir ki, məktubda Şimali Karolinada yaşayan Azərbaycan cəmiyyətinin ABŞ dövlətinə verdiyi töhfələrini tanındığı vurğulanır. Eyni zamanda R. Kuper Azərbaycan mədəniyyətini və irsini təbliğ edən və qoruyan bir ənənəni müşahidə etməyə və 100 illiyi qeyd etməyə çağırır.

Sonda qubernator 100 illiyin qeyd olunması ilə bağlı və gələcək növbəti uğurlar üçün ən xoş və səmimi arzularını bildirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR