Azərbaycana qarşı qərəzli mövqenin Helsinki Komissiyası nümunəsi

Qurum siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən təşkilata çevrilib
 

Bu günlərdə ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə ölkəmizə qarşı növbəti qərəzli fikirlər səsləndirilib. Məsələ orasındadır ki, Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirən təşkilata ermənipərəst Kristofer Smit rəhbərlik edir. Bu baxımdan, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycandakı fundamental azadlıqlar və seçki ilə bağlı dinləmələr keçirməsi ölkəmizin əleyhinə atılmış bir addımdır. Ən azından, bu komissiyanın rəhbəri Kris Smitin fəaliyyət tarixçəsinə nəzər saldıqda, onun daimi olaraq torpaqlarımızı işğal etmiş bir dövlətin dəstəkçisi olduğunun şahidi olarıq. Bu şəxs tarixdə qəsdən ortaya atılmış "erməni soyqırımı" kimi saxta bir iddianın ABŞ tərəfindən tanınması üçün canfəşanlıq edənlərin başında durur.
Təkcə bu fakt ölkəmizə qarşı səsləndirilən fikirlərin qərəzli və həqiqətə uyğun olmadığını deməyə əsas verir. Əslində sözügedən qurumun Azərbaycana qarşı qərəzli mövqeyinin büruzə verəcəyi gözlənilən idi və bundan sonar da təkrarlanacağı istisna edilmir. Qurum hələ Azərbaycanda keçirilən 11 aprel president sekilərində öz qərəzli mövqeyini ortaya qoymuşdu. Bəyan etmişdi ki, "Azərbaycanda prezident seçkiləri azad seçim, azad KİV olmadan və 100-dən çox siyasi məhbusun azad edilmədiyi şəraitdə keçirilib. ATƏT müşahidəçilərinin iştirakına icazə verilib, amma real demokratiya Azərbaycan prezidentindən öz real seçkilər keçirmək öhdəliklərinə hörmət etməyi tələb edir". Təkcə iki kəlməlik bu açıqlamada ABŞ Konqresi Helsinki Komissiyasının bütün iç üçü ortaya qoyulub. Əcaba, ölkədə siyasi məhbusun olub-olmamasının seçkilərin şəffaf keçirilməsinə nə aidiyyatı var? İkinci, Azərbaycanda azad mətbuatın olması bütün dünya ictimaiyyəti tərəfindən etiraf edildiyi halda Helsinki Komissiyasının fərli mövqe sərgiləməsi özlüyündə qurumun mövqeyini ortaya qoymuş olur. Bütün dünyaya bəllidir ki, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.
Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ölkədə siyasi məhbus yox, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilən şəxslər var. O da faktdır ki, Azərbaycanda həbsxanalarda cəza çəkən məhbusların sayı Gürcüstan, Fransa, Böyük Britaniya ilə müqayisədə dəfələrlə azadır. Üstəlik dövlət başçısı tərəfindən mütəmadi olaraq verilən əfv fərmanları və parlament tərəfindən qəbul olunan amnistiya aktları nəticəsidə minlərlə məhbuz azadlığa qovuşur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq seçkilərdə gender balansını qorumağa çalışır. Parlament və bələdiyyə seçkilərində iştirak edən və seçilən qadınların sayı fikrimizi bird aha təsdiq etmiş olur. Hzırda parlamentdə qadınların sayı 20 faizdən, bələdiyyədə isə 30 faizdən çoxdur. Azərbaycanda insan haqlarının qorunması, korrupsiyaya qarşı mübarizə hökumətinin özü üçün də əsas prioritetlərdən hesab olunur. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda insan hüquqlarının yaxşılaşdırmasına dair Fəaliyyət planını təsdiq etməsi bunun bariz nümuməsidir. Bu baxımdan etiraf edilməlidir ki, Azərbaycanda bütün fundamental insane hüquq və azadlıqları təmin olunub. Ölkədə ifadə və sərbəst toplaşmaq azadlığının mövcudluğunu 11 aprel president seçkilərində müxalifətin keçirdiyi aksiyalar bir daha sübut etdi. O da nəzərə alınmalıdır ki, Azərbaycan müstəqilliyinin cəmi 27-ci ilini yaşayır. 240 ildən artıq müstəqil yaşayan Amerikanın özündə isan hüquqları ilə bağlı müəyyən problemlər yaşamnaqdadır. İnsan hüquqlarının qorunmasında əsas və ən mühüm məsələ dövlətin siyasi iradəsinin olmasıdır ki, Azərbaycanda bu iradə ortadadır.
Belə halda ikili standartlar məsələsi ortaya çıxır. Xatırladaq ki, müasir beynəlxalq münasibətlərdə ikili standartlar siyasətini həyata keçirən mexanizmlər, bir qayda olaraq, beynəlxalq təşkilatlar, müxtəlif hüquqi qurumlar, KİV, siyasi və ictimai birliklər vasitəsilə reallaşdırılır. Siyasətçi isə sadalanan qurumlarda hazırlanan informasiyalardan sonra qiymətləndirmə başlayır. Məsələn, İnsan haqları ilə məşğul olan hansısa beynəlxalq qurum Ermənistanda baş verən qanlı mart hadisələrini isə seçkinin nəticələrinə etiraz edənlərin hüquqlarının pozulması kimi yox, mövcud siyasi rejimin qorunması kimi qabardır. Azərbaycanda isə əksinə, oxşar prosesi siyasi hakimiyyətin əleyhinə yönəldirlər.
Məlum olduğu kimi regionda mürəkkəb geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür. Hazırda Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir. Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub. Belə şəraitdə Azərbaycana qarşı irəli sürülən əsassız iddialar təəssüf hissi oyadır. Şübhəsiz ki, belə həqiqətə uyğun olmayan məlumatların yayılması Azərbaycanla ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələrinə xələl gətirir. Belə ki, Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti ABŞ-ın özünün dövlət maraqlarına hesablanan və bu günün reallıqlarına uyğun olmayan bir mövqedir.Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müztəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur.
Zəka
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR