Missisipi ştatının paytaxtında Azərbaycan Günü bəyan edildi

Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve Antar Lumumba (Chokwe Antar Lumumba) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat vermişdir.

Olaylar.az bildirir ki, sözügedən sənəddə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq ABŞ-dan daha öncə qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Eyni zamanda bəyanatda Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu və öz suverenlik və müstəqilliyini möhkəmləndirərək Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanır.

Ç.A. Lumumba imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Cekson şəhərində Azərbaycan Milli Günü elan edir və vətəndaşları dünyada yaşayan miliyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə Azərbaycanlılarla birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırır. Həmçinin, Cekson şəhərinin meri vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR