Serbiyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir

Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 39-cu seminarı işinə başlayıb. "OLAYLAR"-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edirlər.

10 may tarixində Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edib.

11-12 may tarixlərində isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı keçiriləcək. Tədbirdə AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla

Lindberq iştirak edəcəkdir. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq.

Həmçinin, 2018-ci il Pyonçanq və 2020-ci il Tokio Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcəkdir. AOK-un Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə "VII Pyotr Nurovski - Avropanın Ən yaxşı gənc idmançı" mükafatı təqdim olunacaq.

Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təqdimatı olacaqdır. Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyası İspaniyanın Marbella şəhərində keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR