Stavropoldakı qəhrəman həmyerlilərimizin xatirəsi anılıb

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən "Araz" Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə İkinci Dünya Müharibəsi zamanı qəhrəmanlıqla həlak olmuş həmyerlilərimizin xatirəsi anılıb. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, təşkilatın sədri Qurban Əsədov və üzvləri əvvəlcə Stavropol diyarınının Novoselovski rayonunda yerləşən Dolinovka kəndinə gedərək burada yaşamış İsmayıl Bayramovun xatirəsini yad ediblər. İsmayıl Bayramov müharibədə göstərdiyi qəhrəmanlığı görə Sovet İttifaqı Qəhrəmanı adını alıb. Ailə üzvləri və qohumlarının hazırda yaşadığı Dolinovka kəndinin məktəbi İsmayıl Bayramovun adını daşıyır və məktəbin həyətində onun abidəsi ucalır. Hər il İsmayıl Bayramovun xatirəsinə rayon üzrə spartakiada keçirilir. Azərbaycan diasporunun üzvləri Dolinovka kəndinin rəhbərliyi görüşərək Bayram İsmayılovun heykəlinin bərpası məsələsini müzakirə ediblər. Qərara alınıb ki, cəmiyyət bu məqsədlə kənd rəhbərliyinə maliyyə yardımı ayırsın.

Daha sonra əslən Zaqataladan olan həmyerlimiz Əhməd Əhmədovun Pytiqorskdakı məzarı ziyarət olunub. Əhməd Əhmədov Pyatiqorsk qəsəbəsinin azadlığı uğrunda qəhrəmanlıqla həlak olub. Uzun axtarışlardan sonra həmyerlimizin məzarı 2015-ci mayın 8-də tapılıb.

Azərbaycan diasporunun üzvləri Qələbə günü münasibətilə Pyatiqorskda keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR