Ümummilli lider Heydər Əliyevin xatirəsi Meksikada anıldı

Azərbaycanın Mexikodakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada Azərbaycan və Meksika icmasının üzvləri iştirak ediblər.

Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində müstəsna rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.

Azərbaycanlı diplomat qeyd edib ki, hər bir Azərbaycanlı gündən günə güclənən və inkişaf edən ölkəmizi müşahidə edərkən bunu anlamalı, düşünməlidir. Qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, uzaqgörən siyasəti ilə bütün region və ondan kənarda yeni reallıq yaradmış, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə - doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir Azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu vurğuladı.

Bundan sonra Meksikanın xarici ölkələrlə münasibətlərinin inkişafı üzrə fəaliyyət göstərən "Ruyalar" Vətəndaş Asosiasiyasının xarici əlaqələr üzrə əlaqələndiricisi, Azərbaycan dilində danışan ilk Meksika vətəndaşlarından olan Pedro Fransisko çıxış edərək Ulu Öndərin nəinki Azərbaycan, dünya miqyasında bir dahi və qəhraman olduğunu dedi. Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən danışdı, o cümlədən mədəniyyət sahəsinə göstərdiyi qayğını xüsusilə qeyd etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR