Donald Ramsfeldə Heydər Əliyev adına fəxri ödülü təqdim edildi

ABŞ paytaxtında yerləşən məşhur və möhtəşəm diplomatik tədbirlərin keçirilməsi ilə tanınmış Meridian Beynəlxalq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ile əlaqədar tədbir keçirilib.

Səfirlikdən Olaylar.az - a bildirilib ki, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığa müstəsna töhfələrinə görə Heydər Əliyev adına 2018-ci ilin fəxri ödülü təqdim edilmişdir.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu barədə geniş məlumat vermişdir.

Çıxış edən D.Ramsfeld bu təltifə görə Azərbaycan tərəfinə təşəkkür etdi. O, Azərbaycan və regionla bağlı danışaraq xatirələrini bölüşmüş və hazırda da bu istiqamətdə çalışmasına eyham edərək rəhbəri olduğu Ramsfeld fondunun regionumuzla bağlı gördüyü işləri vurğuladı. D. Ramsfeld öz çıxışında Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələrini əhatə edən proqramın 10-cu yubiley forumunun məhz Azərbaycanda keçirildiyi təsadüf olmadığını qeyd etdi.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan-ABŞ starteji əməkdaşlığa müstəsna xidmətlərinə görə təqdim olunan fəxri ödül əvvəlki illərdə Amerikanın məşhur ictimai xadimləri, o cümlədən ABŞ Nəqliyyat Komandanlığının sabiq generalı Dunken Maknab, ABŞ Konqresinin sabiq üzvü Den Bartn və ABŞ-ın nüfuzlu və tanınmış diplomatıı Riçard Hoaqland ABŞ-Azərbaycan arasında münasibətlərinə verdiyi töhfələrinə görə layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR