Kaliforniyada təhsil alan tələbələr Azərbaycan haqqında məlumatlandırıldı

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev  Kaliforniyanın Sədlbək Kollecinin  dəvəti ilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Olaylar.az bildirir ki, Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.
N.Ağayev çıxışında Azərbaycanın zəngin tarixi, mədəni irsi və yerləşdiyi coğrafi məkan barədə iştirakçılara məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi inkişaf və çağdaşlaşma yolundan bəhs edib. 
Diplomat Azərbaycan xalqının 1918-ci  ildə müsəlman dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu qeyd edib. Baş konsul həmçinin çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. 
Daha sonra baş konsul N.Ağayev, aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. O, Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Baş konsul N.Ağayev tədbirdən sonra Sədlbək Kollecinin rektoru Dr. Qreqori Anderson ilə görüşüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR