BTQ ilə yola salınan qatar son stansiyaya çatdı

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda daşıyıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktyabrın 30-da reallaşıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR