Azərbaycan həqiqətləri Qərbi Los Anceles Ticarət Palatasında

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasının dəvətilə Palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Baş konsulluqdan Olaylar.az - a bildirilib ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.

Təqdimatda, N.Ağayev ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə seçki hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.

Daha sonra N.Ağayev Azərbaycanla ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edərək, ölkəmizdə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib.

Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqa-layihələrdən kənarda qaldığını diqqətə çatdırıb. N.Ağayev bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür.

Sonda baş konsul iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR