Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı

Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib.

Olaylar/az bildirir ki, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat "TEAS Press" Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü parlament üzvü Bob Bləkmana verdi. Millət vəkili bildirdi ki, Azərbaycanın yüksəlişi və dinamik inkişafının böyük hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb.

Üçcildliyin müəllifi Elmira Axundova qeyd etdi ki, dünyanın heç bir yerində güclü Sovet İttifaqının liderlərindən olan Azərbaycanın keçmiş kommunist lideri, Simurq quşu tək küldən yüksələrək, tezliklə bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcəyini heç kəs təsəvvür edə bilməzdi.

Məlumat üçün bildirək ki, ingilis dilində nəşr olunan "Heydər Əliyev. Şəxsiyyət və zaman" üçcildliyinin birinci kitabı XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir.

İkinci kitabda Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur.

Üçüncü kitabda Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edir.

Bütövlükdə, üçcildlik Heydər Əliyevin XX əsrdə cərəyan edən tarixi hadisələrin fonunda verilən ən dolğun və obyektiv tərcümeyi-halıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR