Səfir Braziliyada azərbaycanlı şagirdlərlə görüşdü

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, səfir Günay Əfəndiyeva və səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər. Səfirlikdən Olaylar.az - a bildirilib ki, həmin məktəbdə, məktəblilər arasında "18 oktyabr - Müstəqillik günü" münasibətilə keçirilmiş inşa müsabiqəsinin qalibləri təltif olunub.

Müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib, məktəb rəhbərliyi ilə məktəbin gələcək planları ilə bağlı  müzakirələr aparılıb.

Sonda şagirdlər Azərbaycanla bağlı mahnılar ifa ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR