Azərbaycan Beynəlxalq Filateliya sərgisində

Oktyabrın 26- 29 -da Braziliya Federativ Respublikasının Brazilia şəhərində Braziliya Poçt və Teleqraf Şirkəti (Empresa Brasileira de Correios e Telégrafos) tərəfindən təşkil olunmuş beynəlxalq filateliya sərgisində Səfirliyin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycana, Qazaxıstana və Türkiyəyə aid poçt markalarından ibarət güşə təşkil edilib.

Olaylar bildirir ki, fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştiakçılarına nümayiş etdirir. Braziliyada səfərdə olan, Fondun Prezidenti, Səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışmış və çoxsaylı sualları cavablandırıb.

Sərgi zamanı Səfirlik və Fond tərəfindən təqdim edilmiş Azərbaycan və Fonda aid müxtəlif məlumatlar yayımlanıb.

Qeyd olunmalıdır ki, ilk dəfə Brazilia şəhərində, on iki min kvadrat metrə ərazisi olan "Ulysses Guimaraes" beynəlxalq sərgi mərkəzində təşkil olunan sərgidə əlli beş ölkədən iştirakçılar qeydiyata alınmış, sərgi salonunda güşələri təşkil edilmiş və bununlada Filateliya ilə maraqlanan on minlərlə insan təqdim olunmuş ekspozisiya ilə tanış olmaq imkanı əldə etmişlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR