Azərbaycanın ABŞ-dakı Səfirliyində Dövlət Müstəqilliyi Günü qeyd olundu

18 oktyabr tarixində Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı  Səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib. Səfirlikdən Olaylar - a bildirilib ki, tədbirin xüsusi qonaqları qismində Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri iştirak ediblər. Bundan əlavə tədbirə qeyd edilən dövlətlərin Vaşinqtondakı səfirləri (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan), Gürcüstan və Əfqanıstan Səfirliklərinin diplomatları, eləcə də Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, CAMCA proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər xüsusi qonaqlar qatılmışdır.

Qonaqları salamlayan səfir Elin Süleymanov Ramsfeld Fondunun müvafiq təqaüd proqramında iştirak edən nümayəndələrinin Azərbaycan Səfirliyinə səfərinin artıq ənənəyə çevrildiyini məmnuniyyətlə qeyd edib.

Daha sonra səfir E.Süleymanov Səfirlikdə baş tutan bu tədbirin əlamətdarlığını vurğuladı və qonaqlara Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu, apardığı uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verdi. Diplomat vurğuladı ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib və hazırda ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutub.

Çıxış edən qonaqlar, o cümlədən Qazaxıstan səfiri Erzhan Kazıxanov, Tacikistan səfiri Farhod Salim və Qırğızıstan səfiri Kadır Toktogulov bu əlamətdar gün münasibətilə Azərbaycanı təbrik edərək, ölkəmizin uğurlu inkişaf yolunu təqdir etdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR