Baş konsul Kaliforniyanın Fullerton Kollecində Azərbaycana dair mühazirə ilə çıxış etdi

Azərbaycanın Los Ancelesdakı baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

Konsulluqdan Olaylar - a bildirilib ki, çıxışdan əvvəl nümayiş etdirilən və Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, Bakının gözəlliyi və görməli yerlərinin əks olunduğu video-çarx iştirakçıların böyük marağına səbəb olub. Mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, Azərbaycan hökumətinin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.

Baş konsul daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə mühazirə iştirakçılarını məlumatlandırıb. Çıxışdan sonra N.Ağayev tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, 25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müssisələrindəndir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR