Vaşinqton Post qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc etdi

ABŞ-ın Vaşinqton Post qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc etdi.

Səfirlikdən Olaylar - a bildirilib ki, Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Bundan əlavə, sözügedən məsələnin post-Sovet məkanında ən güclü starteji və mühüm ittifaq olan Azərbaycan-Gürcüstan tərəfdaşlığına zərbə vurduğu, bunun isə nə Azərbaycan, nə Gürcüstan, nə də ABŞ-ın maraqlarına xidmət etdiyi vurğulanır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR