Səfir Barton Şotlandla görüşüb

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının Spikeri cənab Barton Şotland (Barton Scotland) ilə görüşüb.

Olaylar bildirir ki, görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd etmişlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR