Elxan Poluxov  etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidentinə təqdim etdi

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidenti cənab David Arturt Qranqera təqdim edib.

Olaylar bildirir ki, görüş zamanı Prezident Qranger ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləmişdir. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulamışdı.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Qayana Kooperativ Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəçəyini söyləmişdir

Sonra səfir Poluxov Qayana Kooperativ Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək ikitərəfli münasibətlərin məsələləri ətrafında müzakirə aparmışdır

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR