Konsul İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkdi

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb.

Azərbaycan XİN-dən  verilən məlumata görə sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

"Azərbaycan Respublikasının İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir", - XİN-dən bildirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR