Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək

"Şimali İraqd Kürd muxtariyyətinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan referendum müzakirələrində siyasi partiya və təşkilatların ümumi bir ortaq möveyi yoxdur. Bir qrup siyasi partiyalar referendumun əleyhinə, bir qrup isə leyhinədir. Göründüyüy kimi daxili yekdil mövqeyə sahib ola bilməyən siyasi qüvvələrin ayın 25-dən sonra aralarınakı düşmənçilikləri daha da inkişaf edəcək". "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədualazadə deyib ki, referendum keçirilsə də muxtariyyətin müstəqilliyi sual altnda qalacaq: "Mərkəzi Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək. Türkiyə və İranın prosesləri yaxından izləməsinə baxmayaraq, Birləşmiş Ştatların və Qərbin müəyyən qruplarının bu referenduma dəstək verdiyi şübhəssizdir. Və, Ərbil yönətimin başçısı Bərazninin arxasında İsrail və ABŞ-ın durması bu referendumu təxirə salmamasına səbəb olub. Nə qədər ABŞ və digər ölkələr Bərzaniyə sərt xəbərdarlıq etsələr də, referendum oyunu bu ölkələrin geosiyasi maraqlarına xidmət edir". Politroloq hesab edir ki, Türkiyənin AKP hakimiyyəti bu referendumu gizli dəstəkləyir və referendum baş tutsa da, Türkiyə hakimiyyəti hərbi müdaxilə etməyəcək: "AKP çalışacaq ki, Bərzani yönətimini Türkiyədən asılı etsin və daha da imtiyzalar alsın. Təəsüf ki, AKP yekdililərinin çoxu referendumu qanuni sayır və kürdlərin haqlı olduğunu qeyd edirlər. Kürd muxtariyyətinin keçirdiyi referendum Türkiyənin milli təhlükəsizliyini və regionun siyasi sabitliyini təhdid edəcək. Ərbil kürdləri İraqın şımalını Cənubi Kürdüstan, Türkiyənin cənub-şərqini isə Şimali Kürdüstan adlandırırlar. Türkiyədə yaşayan kürdlərin Cənubi Kürdüstana birləşmək üçün bundan sonra tələbləri getikcə yüksələcək. Hazırda kürd terror təşkilatı olan PKK-nın ABŞ-ın dəstəyi ilə güclü silahlanması göz önündədir. Türkiyəyə qarşı olan PKK-YPG terror təşkilatlarının əsas hədəfi məhz Türkiyədir. Ona görə də Türkiyə İraq və Suriyanın ərazi bütövlüyüyünün qorunmasında fəal şəkildə iştirak etməli, İraqda müstəqillik referendumuna cavab olaraq ordunu Mosul və Kərkükə yeritməlidir". 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR