Xələf Xələfov dünyaya çağırış etdi

Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və Aİ ilə ümumi maraqlara söykənən əməkdaşlığa önəm verir. "Olaylar"ın məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilən konfansda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır: "Mövcud əməkdaşlığın daha da geniçşləndirilməsi hər iki tərəfin maraqlarına xidmət edir. Ermənistan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının üzvü olaraq, torpaqlarımızın 5-də birini işğal altında saxlayır. Ermənistan işğal altındakı torpaqlarımızda abidələrimizi, məscidlərimizi talan edir. Ermənistan işğal edilmiş ərazilərimizdə məskunlaşma siyasəti aparır, demoqrafik vəziyyətin dəyişməsinə çalışır. Xarici ölkələr bu siyasətə uymamamlıdırlar". X.Xələfov qeyd edib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: "Biz səylərimizin dünya birliyi tərəfindən dəstəklənəcəyinə ümid edirik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR