Qazaxıstan- Azərbaycan gənclər günlərinə star verildi

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı  Gənclər Forumu çərçivəsində Qazaxstan- Azərbaycan gəncləri günlərinə start verildi. "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən bildirilib ki, Ş. Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar institutunda baş tutan tədbirdə Azərbaycanı  gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Qazaxıstanın Dini məsələr və vətəndaş cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov  hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamladı. Departament direktoru Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev tərəfindən Xəzəryanı Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürüldüyünü və bununla da müxtəlif tədbirlərin həyata keçirilməsi qərarının verildiyini bildiridi. Daha sonra söz Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevə verildi. Nazir müavini dəfələrlə Qazaxıstanda olduğunu və daim bu ölkə ilə gənclər sahəsində sıx əməkdaşlıq edildiyini  diqqətə çatdırdı. Nazir müavini bu tədbirin Azərbaycan tərəfi üçün sadəcə formal xarakter daşımadığını, tarixi, mədəniyyəti, adətləri bir kökə sığınan qardaş ölkəyə edilən dostluq səfəri olduğunu söylədi.

İntiqam Babayev: "Biz hər iki ölkənin rəhbərlərinə minnətdar olmalıyıq. Dünayada baş verən xoşagəlməz siyasi hadisələr cərəyanında Azərbacan və Qazaxıstanın ölkə rəhbərləri sayəsində hər iki ölkə daim stabilliyini, təhlükəsizliyini qoruyub saxlaya bilmiş və daim inkişaf tempinə malik olmuşdur.  Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyev bildirmişdi ki, Nursultan  Nazarbayev kimi prezidentə malik olmaqla,  Qazaxıstan xalqının bəxti gətirib. Nursultan Nazarbayev isə hər zaman Azərbaycanla çiyin-çiyinə olduğunu nümayiş etdirmiş, hətta Azərbaycanın  iştirak etmədiyi qlobal tədbirlərdə belə, qardaş ölkənin mənafeyini müdafiə etmişdir." Çıxşının davamında nazir müavini bütün dünyada gənclər siyasənin düzgün şəkildə aparılmalı olduğunu, məhz bugünün gənclərinin sabahın inamı olduqlarını  diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR